Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər sizin əllərininz və ayaqıarınız daima üşüyürsə...

Əgər sizin əllərininz və ayaqıarınız daima üşüyürsə...

Tarix: 17 Mart 2022 08:51

Oprqanizmin tempraturu aşağıdrsa o zaman aşağıdakı xəstəliklərdən şübhələnməyə haqqınız var.Orqanizmin tempraturunun aşağı olması bədəndə xəstəliyin olmasının əlamətidir. Bu hipotermiya adlanır və uzun müddət baş verməsi təhlükədən xəbər verir. Hipotermiya bədənin tempraturu 35,8*- dən aşağı olmasıdır. Bu zaman insanlar bədənin tempratururnun aşağı olmasından xəbərsiz olur, yuxusuzluqdan, halsızlıqdan və zəiflikdən şikayətlənirlər. Bədəninin tempraturası aşağı olan adamlarda üşümə və ətraflarda soyuqluq hissi olur. Onları əlləri və ayaqları daima soyuq olur və onları isitmək çətinləşir.
Bədənin tempraturunun aşağı olması orqanizmdə aşağıdakı xəstəliklərin olmasının göstəricisidir.
Hemoqlobinin aşağı olması
Hemoqlobinin dəmir desisiti səbəbindən az olması insanda tez yorulma, halsızlıq,yuxululuq kimi əlamətlər verir.Belə adamların fiziki aktivliyi aşağı,əlləri və ayaqları soyuq olur və daima üşüyürlər. Əgər sizdə sadalanan əlamətlər varsa o zaman hemoqlobininizin miqdarını yoxlayın və həkimə müraciət edin.
Daxili qanaxma
Daxili qanaxmalar da orqanizmin temptarurunun aşağı düşməsinə səbəb olur. Bu ən çox travmalar, mədə-bağırsaq yarasının deşilməsi zamanı və şiş xəstəlikləri olduqda baş verir. Bu hal çox təhlükəli sayılır və təcili həkim müdaxiləsi tələb edir.
Hamiləlik
Hamiləlik zamanı qadınarın hormonlarının funksiyasında müxtəlif dəyişikliklərin olması bədənin tempraturunun aşağı düşməsinə səbəb olur.
Damarlarda problemlər
Bəzən bədənin tempraturunun düşməsi baş hərlənməsi, baş ağrıları, yüksək səslərə və gur işığa qarşı həssaslıqla müşahisə edilir. Bu əlamətlər damarlarda patologiyanın olmasından xəbər verir. Əlamətlərin baş verdiyi zaman mütləq həkimə müraciət etmək lazımdır.
Diabet
Orqanizmdə qlükozanın enerji mənbəyi olduğu hamıya məlumdur. Diabet xəstəliyi zamanı qanda qlükozanın normal səviyyədə olmaması orqanizmin enerjisinin azalmasına, ürək yanğısına, çoxlu sidik ifrazına səbəb olur. Bu zaman orqanizm çəkisini itirə bilir və ətraflarda üşümələr meydana çızır. Uzun müddət diabetdən əziyyət çəkən xəstələrin bədəninin tempraturu aşağı ola bilir.
Böyrəküstü vəzin xəstəlikləri
Böyrəküstü vəzin xəstəlikləri oprqanizmdə kotrizol, aldeteron və androgen hormonlarının çatışmazlığına səbəb olur ki, bu zaman xəstələrdə iştahanın itməsi, ürək döyüntülərinin sayının artması, aritmiya, əsəbiblik və həyəcanlılıq əmələ gəlir. Bu əlamətlər bədənin tempraturunun aşağı düşməsi ilə müşayət edilir.
Beyn şişləri
Bədənin istilik funksiyası beyində hipotalamus tərəfindən tənzimlənir. Beyndə xoşxassəli və ya bəzxassəli şişlərin olması hipotalamusun fəaliyyətinə mənfi təsir edir və bədənin istiliyi normal olmur. Bu zaman tempratur aşağı düşür,orqanizmdə aşağı tempraturla bərabər baş ağrıları, baş hərlənməsi, üşümə və aşağı ətraflarda soyuqluq hissi olur.
Astenik sindrom
Astenik sindrom orqanizmin toxumalarında oksigenin çatışmadığı zamanlarda meydana çıxır. Toxumalarda oksigenin çatışmazlığı orqanizmdə turşu və enerji mübadiləsinin ləngiməsinə səbəb olur. Bu xəstələrdə özünü tempratur səbəbli üşümə, təngnəfəslik, dəridə quruluğun artması, gözün qabağında qasrışqaların gəzməsi kimi əlamətlər verir.
Dəri xəstəlikləri
Bəzən müxtəlif dəri xəstəlikləri - psoriaz, ixtioz, dermatitlər hipotermiyaya səbəb olur.
Soyuqlama
Soyuqlama xəstəliyi əksər hallarda yüksək qızdırma ilə müşayət olunmasına baxmayaraq,bəzi hallarda bədən tempraturunun 36*-dən aşağı düşməsinə səbəb ola bilir.
İntoksikasiya,zəhərlənmə
Orqanizmin tempraturunun aşağı düşməsinə səbəb olan amillərdən biri də intoksikasiyalar və zəhərlənmələrdir. İntoksiyasiyanı əmələ gətirən səbəblərdən asılı olmayaraq xəstələrin bədən tempratururn aşağı düşməsinə səbəb olur.
Donma
Uzun müddət soyuq havada qalmaq bədən tempraturunun aşağı düşməsinə səbəb olur. Bu zaman üşümə başlayandan az müddət sonra bədəni qızdırdıqda əlaməti aradan qaldırmaq mümkün olur. Amma, uzun müddət soyuq yerdə qalmaq bədən tempraturunun aşağı düşməsinə və donmaya səbəb ola bilir. Bu isə orqanizm üçün çox təhlükəli sayılır.
Hipotermiya orqanizm üçün təhlükəli sayılır. Bu səbəbdən də mütləq əlamətin meydana çıxmasına səbəb olan amili həkimin məsləhətləri ilə araşdırmaq və aradan qaldırmaq lazımdır.


Etiketlər:  Əgər sizin əllərininz ayaqıarınız daima üşüyürsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ