Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 12:50
Müğənni Damla bir neçə gündür sosial şəbəkələrdə geyimini tənqid edənlərə reaksiya verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında post paylaşıb.
"Bu fotoya görə yazmadığınız təhqir, tənqid şərhləriniz qalmadı. İdarə etdiyim məclislərdə gənc qızlarımızın əksəriyyəti açıq sinə dekolteli gəlinliklər geyinirlər. Hətta bəzi ailəli xanımlarımızın toy libaslarını görəndə bəzən düşünürəm ki, evdar xanım mənəm. Onlar səhnə insanıdır. Bir az böyütməsək", -deyə Damla dekoltesini qınayanlara cavab verib.