Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaradağ Günəş elektrik stansiyası bizə nə verəcək? - VİDEO

Qaradağ Günəş elektrik stansiyası bizə nə verəcək? - VİDEO

Tarix: 17 Mart 2022 18:18

Neft-qaz kimi enerji resursları ilə zəngin olmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Dünən təməli qoyulan Qaradağ günəş elektrik stansiyası da bu baxımdan böyük əhəmiyyətə malikdir. 

Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, alternativ və tükənməyən enerji istehsalında Günəş elektrik stansiyaları mühüm rol oynayır. Azərbaycan bu istiqamətdə daha bir böyük uğura imza atıb. Dünən Qaradağ Günəş Elektrik Stansiyasının  təməlinin qoyulması bu istiqamətdə qarşıya qoyulan hədəflərin icrasında önəmli paya malikdir. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa ediləcək adıçəkilən stansiya 230 MVt gücündədir.  

Təbriz Əmmayev qeyd edib ki, Qaradağ Günəş Elektrik stansiyasında istehsal olunacaq elektrin enerjisinin miqdarına sərf olunan 110 milyon kub metr qaza qənaət edilmiş olacaq. O cümlədən, hər il atmosferə təqribən 200 min tondan artıq karbon qazının atılmasının qarşısı alınacaq. Sözügedən stanisyanın inşası zamanı təqribən 700, istismarı zamanı isə daimi olaraq 25 yeni iş yerinin açılması planlaşdırılır. 

Agentlik direktoru işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə nəzərdə tutulmuş işlərdən də danışıb.

Bildirilib ki, alternativ enerji istehsalı azərbaycan üçün prioritet sahələrdən biridir və ildən-ilə bu sahədə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Qaradağ Günəş elektrik stansiyası bizə verəcək VİDEO


RƏYLƏR