Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 18:44
"Pandemiya hələ may ayına qədər davam edəcək".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında infeksionist Namiq Nəbiyev son günlər koronavirus infeksiyasına yeni yoluxanların sayının enməsindən danışarkən deyib.
İnfeksionist pandemiyanın söndüyünü vurğulayıb:
"Ancaq hələ demək olmaz ki, başa catıb".
Qeyd edək ki, martın 16-na olan məlumata görə, koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb. Bundan əlavə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.