Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 23:26
Fransanın PSJ klubunun futbolçusu Leven Kürzava yerli azarkeşlərin hücumuna məruz qalıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə 30 yaşlı müdafiəçi məşqdən çıxıb evinə gedərkən baş verib.
İşıqforun qırmızı işığında avtomobilin dayanmasından istifadə edən fanatlar qapını açaraq, fransalı oyunçunu vurmağa başlayıblar.
İnsidentin videosunu sosial şəbəkələrdə paylaşan tərəfdarlar bunları yazıblar: "Kürzava ilə məşqdən sonra görüşdük. Hamınızı ovlayacağıq".
Qeyd edək ki, PSJ-nin Çempionlar Liqası ilə erkən vidalaşmasını qəbul edə bilməyən azarkeşlər futbolçulara etirazlarını müxtəlif formada bildirirlər. Daha əvvəl Lionel Messi çempionat oyunu vaxtı fitə basılıb.