Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 17:45
Əməkdar artist Firuzə İbadova yeganə qız nəvəsi barədə danışıb.
Sonxeber.net xəbər verir ki, lent.az-a açıqlama verən müğənni nəvəsinin arzusunu dilə gətirib:
"Nəvəm də çox istedadlıdır. O rejissor olmaq istəyir. Onun bir arzusu var. Ömrüm ona imkan versə, bütün maddi imkanlarımı xərcləyəcəm ki, onun arzuları reallaşsın. Nəvəm "Qarabağ Azərbaycandır" filmini çəkmək istəyir. Hətta aktyorların adına qədər seçib. Aktyorların 90%-i Dram Teatrının aktyorlarıdır. Bu, 12 yaşlı uşağın arzusudur. Nəvəmə dedim, Hökümə, bu sənət çətindir, bəlkə fikrini dəyişəsən? Dedi yox, sən də öz sənətində əziyyət çəkirsən. Mən də öz sənətimi sevəcəm".