Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

269 saylı tam orta məktəbdə möhtəşəm "Bahar çələngi" - FOTOlar

269 saylı tam orta məktəbdə möhtəşəm

Tarix: 18 Mart 2022 20:38

Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Novruz şənlikləri keçirilir. Baharın gəlişini şənliklə qarşılayan şagirdlərin iştirakı ilə keçirilən bu tədbirlər milli adət-ənənələrimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.   

Bu baxımdam paytaxtın Xətai rayonunda yerləşən 269 saylı tam orta məktəbdə də Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Bahar çələngi" layihəsi çərçivəsində tədbir keçirilib. 

Novruz Bayramı ilə bağlı olduqca maraqlı keçən tədbirdə məktəbin rəhbərliyi, müəllimləri iştirak ediblər. Daha sonra məktəbin oğlanlardan və qızlardan ibarət rəqs qrupu bir-birindən maraqlı repertuarla məclisdəkiləri şənləndiriblər. İbtidai sinif şagirdləri şeirləri ilə yadda qalıblar. Uşaqların Kosa və Keçəl ilə birlikdə göstərdiyi səhnələr izləyənlərin böyük marağına səbəb olub.

Tədbirdə çıxış edən məktəbin direktoru iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən bahar, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə təbrik edib, onlara sevincdolu günlər arzulayıb. Tədbirdə şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərdən parçalar söyləyib, Novruz şənliklərini əks etdirən səhnəciklər göstəriblər. Onlar nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırıblar.

Sonda çıxış edən təhsil hissə müdiri (завуч) bolluq, xeyirxahlıq, gözəllik, şən gülüşlər və humanist ideyalar bayramı olan Novruz münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra milli ənənələrimizin qorunub saxlanılmasının vacibliyini bildirib.

Tədbir pandemiya şəraitinin tələblərinə, o cümlədən sosial məsafə prinsipinə uyğun olaraq keçirilib. 

Milli.Az


Etiketlər:  269 saylı tam orta məktəbdə möhtəşəm Bahar çələngi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ