Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Medvedçuka qiyabi həbs cəzası verildi

Medvedçuka qiyabi həbs cəzası verildi

Tarix: 18 Mart 2022 23:58

Lvovun Lıçakovski rayon məhkəməsi "Müxalifət Platforması - Həyat Naminə" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuku qiyabi həbs edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun feysbuk səhifəsində məlumat yayılıb. Ötən ilin may ayından Medvedçuk dövlətə xəyanət ittihamı ilə ev dustaqlığındadır. 2022-ci il fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib. 

Medvedçukun vəkili Larisa Çeredniçenkonun sözlərinə görə, Medvedçuk hədələnib və "həyatı üçün real təhlükə, eləcə də onun müdafiəsini təmin etmək zərurəti" səbəbindən siyasətçi Kiyevdə təhlükəsiz yerə təxliyə olunub və orada məhkəmənin onunla bağlı qərar verdiyi prosessual vəzifələri yerinə yetirməkdə davam edir. 

Qeyd edək ki, Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi açılıb.


Etiketlər:  Medvedçuka qiyabi həbs cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ