Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 08:24
ABŞ Ticarət Nazirliyi ABŞ-ın Rusiyaya ixracat nəzarətini pozduqları səbəbilə rusiyalı iş adamı Roman Abramoviçin təyyarəsi də daxil olmaqla 100 təyyarənin uçuşunun qarşısını almaq üçün tədbirlər görüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyindən verilən açıqlamada Rusiyaya ixrac edilən kommersiya və şəxsi təyyarələrin ABŞ-ın ixrac nəzarətlərini pozduğuna diqqət çəkilib.
Açıqlamada bu təyyarələrə istənilən xidmətin göstərilməsi üçün icazə tələb olunacağı qeyd edilib.
Bəyanatda deyilir ki, belə icazə olmadan təyyarəni idarə edənlər həbs və cərimələr, ixrac imtiyazlarının itirilməsi və ya digər məhdudiyyətlər daxil ola biləcək tədbirlərə məruz qala bilərlər.
Ticarət Nazirliyinin bəyanatında paylaşılan siyahıya rusiyalı iş adamı Abramoviçin "Gulfstream G650" təyyarəsi, o cümlədən Rusiyanın "Aeroflot", "AirBridge Cargo", "Utair", "Nordwind", "Azur Air" və "Aviastar-TU" aviaşirkətlərinin sərnişin və sərnişin daşıyan 99 "Boeing" təyyarəsi daxildir.