Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqada rəzalət - FOTO

Bundesliqada rəzalət - FOTO

Tarix: 19 Mart 2022 08:52

Almaniya Bundesliqasının 27-ci turunun "Bohum" - "Borussiya" (Münhenqladbax) oyunu yarımçıq dayandırlıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 71-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən baş hakim Benyamin Kortus oyunu saxlayıb. Buna tribunadan yan xətt hakiminin üzərinə stəkanın atılması və onun başına dəyməsi səbəb olub. Hadisədən sonra hakimlər və futbolçular meydanı tərk ediblər. Bir qədər keçdikdən sonra elan edilib ki, görüş bərpa olunmayacaq.

"Bohum"un idman direktoru Sebastyan Şindzelorts baş verənləri biabırçılıq adlandırıb. O, yan xətt hakiminin xəsarət aldığını deyərək ona şəfa diləyib.


Etiketlər:  Bundesliqada rəzalət FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ