Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 11:35
Türkiyəli məşhur model və aparıcı Ebru Şallı evliliyinə son vermək qərarına gəlib.
O, üç il əvvəl dəbdəbəli toyla evləndiyi Uğur Akkuşdan ayrılır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 2011-ci ildə küveytli sərmayəçiləri aldatması iddiası ilə mühakimə olunan Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun 8 il 4 ay həbs cəzası aldığı iddia edilib.
Maddi çətinlik çəkməsinə baxmayaraq, uzun müddət əri ilə birlikdə olan Şallının indi boşanma qərarı aldığı deyilir.
Evləndikdən sonra soyadını dəyişən Şallı sosial media hesabında dəyişiklik edib - Akkuş soyadını silib.
İddialara görə, borclar səbəbi ilə evə gələn icra məmurlarından bezən Şallının səbrini daşıran son hədd onların məşhurun keçmiş əri Harun Tanın da evinə getməsi olub.
Borclardan sıxılan keçmiş modelin həyat yoldaşından boşanmaqda qərarlı olduğu vurğulanıb.