Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropanın ən böyük zavodu məhv edilir - Ukrayna DİN-dən həyəcan təbili

Avropanın ən böyük zavodu məhv edilir - Ukrayna DİN-dən həyəcan təbili

Tarix: 19 Mart 2022 13:30

Rus əsgərləri Mariupoldakı "Azovstal" metallurgiya zavodunu ələ keçirməyə çalışırlar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə milli telemarafonun efirində Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.

Onun sözlərinə görə, əsgərlər faktiki olaraq metallurgiya zavodunu məhv ediblər.

"Mariupolda vəziyyət fəlakətlidir, indi "Azovstal" uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik, Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir", - Denisenko deyib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Avropanın ən böyük zavodu məhv edilir Ukrayna DİN dən həyəcan təbili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ