Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qol vurmaqda problemlərimiz var'' - Murad Musayev

''Qol vurmaqda problemlərimiz var'' -  Murad Musayev

Tarix: 19 Mart 2022 19:42

"Çox çətin oyun oldu. Görüş bizim nəzarətimiz altında idi. Bu gün uzun müddət qol vura bilmədik, rəqibin çox yaxşı fürsəti oldu. İkinci hissə məni daha çox məmnun etdi. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, istədiklərimizi həyata keçirərək, qələbə qazana bildik".

Bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Səbail"ə 1:0 hesabı qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularda arxayınlıq olması fikri ilə razılaşmayıb: "Rəqibi dəyərləndirməmək söhbəti yox idi. Sadəcə, "Səbail" oyunun gedişatını ləngidən komandadır. Rəqibə qarşı ciddi yanaşmışdıq".

Musayev qapıçı Yusif İmanovun debüt etməsinə də münasibət bildirib: "Məşqçilər heyəti ilə belə qərara gəldik ki, ona şans verək. İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm".

Milli.Az


Etiketlər:  vurmaqda problemlərimiz Murad Musayev


RƏYLƏR