Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 22:15
Müalicə və qulluq-sınaqdan keçirilmiş və mübahisə doğurmayan sağlamlıq və gözəllik təminatçısı Aloe çoxdan adət etdiyimiz xalq təbabətində və bütün dünyada yayılmış müalicə vasitəsidir. Birinci dəfə bu bitkininin müalicəvi əhəmiyyəti haqqında Dioskoridanın kitablarında rast gəlinir. Aloe ərəb dünyasında da çox məşhurdur. Cənub-şərqi Asiyanin isti ölkələrində onu yanıq yerinə sürtmək və ya silməklə gün yandırmasının məlhəmi olmasi yüz illərdir ki, məlumdur.
Kimyəvi tərkibi:
Aloe şirəsi aktiv maddələrlə zəngindir. Tərkibində antroqlikozid, qətranlı maddələr, efir yağları, müxtəlif canlı və cansız birləşmələr var. Antroqlikozit şirəyə acı dad verir, həmçinin sakitləşdirici, günəşdən qoruma, bakteriya öldürücü və ağrıkəsici xassələrinə malikdir.
Bitkinin tərkibində A ,S, E vitamin qrupları və soyuqdəyməyə kömək edən amilaza fermenti də var. Aloe şirəsinə daxil olan antratsen törəmələri nəzərə çarpacaq dərəcədə insan immunitetini artırır.