Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 21:02
Fərdi sahibkarın mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə görə əmlak vergisi ödənilməlidirmi?
Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektidir. Bununla belə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.
Qeyd olunanlara əsasən, fərdi sahibkarın mülkiyyətində olan sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobillərinə görə əmlak vergisi hesablanmır. Eyni zamanda, fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən yük avtomobillərinə görə isə əmlak vergisi hesablanır və dövlət büdcəsinə ödənilir.