Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 20:24
Sağlam yuxu üzrə mütəxəssis Ceyms Leynhard qarın və üzü üstə yatmağın sağlamlıq üçün zərərli olduğunu açıqlayıb.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, o, onurğa üçün ən yaxşı, uyğun vəziyyəti də bildirib.
Sağ böyrü üstə, ayaqlar və qollar yarı bükülmüş vəziyyətdə yatmaq onurğanın yükünü tamam azaldan və dinclik verən ən optomal pozadır.
"80 faiz insanlar düzgün yatmır, onlar bir ayaqlarını qarınlarına yığırlar, bu isə onurğanı əyir.
Kürəyi üstə düz səthdə boynu düzgün yastığa qoymaqla yatmaq da ideal pozadır.
Əgər ayaqlarınızı qatlayırsızsa dizlərin arasına kiçik yastıq qoyun.
Qarnı üstə yatmaq isə boyun, beyin, bütün daxili orqanlar üçün zərərlidir".