Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı

Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı

Tarix: 10 Sentyabr 2019 13:10

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.

Trend-in məlumatına görə, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  polisi Göyçay İsmayıllıda reyd keçirdi avtobus sürücüsü saxlanıldı


RƏYLƏR