Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzunboy insanlarda bu xərçəng riski yüksək imiş - ALİMLƏR

Uzunboy insanlarda bu xərçəng riski yüksək imiş - ALİMLƏR

Tarix: 21 Mart 2022 22:18

ABŞ-ın Con Hopkins universitetinin alimləri uzun boyla bağırsaq xərçəngi riski arasında əlaqənin olması barədə qəribə açıqlama veriblər.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, Canser dərgisində çap olunan elmi məqalədə 47 elmi araşdırmanın yekunu cəmlənib.

Ümumilikdə 280 min insanı əhatə edən araşdırmada kolorektal xərçəng (qalın və düz bağırsaq) və kolorektal adenoma səbəbləri araşdırılıb.

Nəticələr göstərib ki, xəstələr arasında uzun boylu insanlar daha çoxdur. Belə ki, yüksək boyu olanlarda kolorektal xərçəng riski orta və kişik boylulardan 25% dəfə çoxdur.

Boyda hər əlavə 8-10 sm hündürlük bu xərçəng riskini 14% artırır.

Hələ ki, alimlər bunun fiziki və bioloji səbəbini izah edə bilməyib.

Alim Elinor Çjou hesab edir ki, bunun səbəbi uzunboy insanlarda daha iri ölçüdə daxili orqanların olmasıdır ki, bu da genetik mutasiyaları çoxala bilər.


Etiketlər:  Uzunboy insanlarda xərçəng riski yüksək imiş ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ