Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 09:42
Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.
Sonxeber.net UNİANE-a istinadən bildirir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.
Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.
Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.