Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alişandan xanımı və anası ilə bağlı suala cavab

Alişandan xanımı və anası ilə bağlı suala cavab

Tarix: 23 Mart 2022 15:06

Türkiyəli müğənni Alişan sosial şəbəkədə izləyicilərinin  suallarını cavablandırıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, istifadəçilərdən birinin "Ananızın və xanımınızın arası düzəldimi" sualına "Nəsə yazırlar! Nə deyim" reaksiyasını verib.

Həmçinin, müğənni "Onlar  barışıblarmı" sualına qəzəblənib.

Sənətçi "Ailə məsələmə heç kim qarışmamalıdır. Bu kimsəyə aid deyil. Həmin söhbətlər məni bezdirdi, bəsdirin", - deyə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Alişanın xanımı Buse Varol ilə anası arasında küsülülük olduğu iddia edilmişdi. İfaçının anası gəlinini evində nəvəsi Elizin ad günü üçün hazırladığı məclisə çağırmamışdı. Hətta cütlüyün boşanacağı söylənilirdi.


Etiketlər:  Alişandan xanımı anası ilə bağlı suala cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ