Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 18:36
"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:
"Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik", - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.