Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məhsullar sonsuzluq yaradır

Bu məhsullar sonsuzluq yaradır

Tarix: 23 Mart 2022 20:21

Qazlı içkilər, şirniyyat və qənnadı məmulatlarının həddindən artıq istifadəsi sağlamlığa kəskin təsir edə bilər ki, bu da illər sonra ciddi xəstəliklərə çevriləcək. 

Milli.Az xəbər verir ki, bu sözləri rusiyalı diyetoloq Mixail Ginzburq deyib. 

Mütəxəssis bildirib ki, hər gün şirniyyat yeyən insanda müəyyən bir müddət sonra 2-ci tip şəkərli diabet inkişaf etməyə başlayır: 

"Nəticədə onun yaşamasına mane olan ciddi fəsadlar - gözlərin zəifləməsi, böyrək çatışmazlığı və ya diabetik ayaq meydana gəlir. Şəkərli və qazlı içkilərin istifadəsi son dərəcə mənfi nəticələrə səbəb olur: bədəndən fosforu yuyur və hipertoniyanın inkişafına səbəb olur. İçkinin tərkibindəki şəkər orqanizm tərəfindən tez mənimsənilir və bu, diabet və osteoporoza səbəb olur. Xüsusilə ilk növbədə uşaqları bu cür məhsulların istifadəsindən qorumaq lazımdır, çünki fiziki nəticələrlə yanaşı, psixi göstəricilər də mümkündür.

Uşaqlar zərərli məhsullardan sui-istifadə etdikdə piylənmə prosesi başlayır ki, bu da sonradan orqanizmdə hormonal prosesləri pozur. Belə bir klinik mənzərə gələcəkdə oğlan və qızlarda sonsuzluğa, cinsi disfunksiyaya səbəb ola bilər ki, bu da onların psixikasına təsirsiz ötüşməyəcək". (publika.az)

Milli.Az


Etiketlər:  Bu məhsullar sonsuzluq yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ