Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Meydanda qatil kimiyəm'' - Lukaku

''Meydanda qatil kimiyəm'' - Lukaku

Tarix: 10 Sentyabr 2019 15:12

Belçika millisinin hücumçusu Romelu Lukaku Avro-2020-nin seçmə mərhələsində Şotlandiyayla (4:0) sonra açıqlama verib.

Qol.az "goal.com"a istinadən xəbər verir ki, dünənki oyunda millidə 49-cu qolunu vuran 26 yaşlı futbolçu meydanda sanki qatilə çevrildiyini bildirib: "Belçika millisində 50 qol vurmaq hədəfinə çatacam. Əvvəllər 30 qol hədəfinə çatmayanda özümü narahat hiss edirdim. Ancaq 50 qol mövzusunda olduqca rahatam. Meydanda qatil kimiyəm. Komanda olaraq bu cür oynamağa davam etsək, rəqiblər üçün ölümcül ola bilərik. Dünyada ən yaxşı əks hücum edən heyətə sahib komandayıq".

Qeyd edək ki, Belçika millisi seçmə mərhələdə keçirdikləri 6 oyundan 18 xalla İ qrupunun lideridir.

 


Etiketlər:  Meydanda qatil kimiyəm Lukaku


RƏYLƏR