Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 08:28
NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti daha bir il artırıla bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Belga agentliyi diplomatik mənbələrə istinadla məlumat verib.
Agentlik bildirir ki, Stoltenberqin mandatının uzadılması məsələsi NATO-nun bu gün başlayacaq fövqəladə sammitinin gündəliyinə salınıb. Ukrayna münaqişəsinə görə gərginlik hökm sürdüyü dövrdə Alyans rəhbər dəyişikliyinə getmək istəmir.
63 yaşlı Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Mandatı 2017 və 2019-cu illərdə 2 dəfə uzadılan sədrin səlahiyyət müddəti sentyabrın 30-da başa çatır. O, NATO-ya ən uzun müddət rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.
Norveçin Maliyyə nazirliyi bildirib ki,Stoltenberqin mandatı bir və ya iki il uzadıla bilər.