Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan erməni arzusunu bəsləyir

Paşinyan erməni arzusunu bəsləyir

Tarix: 24 Mart 2022 12:50

"Birdəfəlik anlamaq gərəkdir ki, yüz minlərlə vətəndaşımızın maaşlarını, müavinətlərini və təqaüdlərini dərhal artırmaq mümkün deyil. Dövlət büdcəsinin imkanları nəzərə alınmalıdır".

Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkənin daxili və xarici siyasətindən danışarkən iqtisadi problemlərdən də bəhs edib.

O, erməniləri sakitləşdirməyə çalışaraq deyib: "Amma hər şeyə rəğmən, sizi, çətinliklərinizi və arzularınızı unutmamışıq".

Paşinyan Xankəndi ilə yanaşı, Ağdərədə, Xocalıda və Əsgəranda qazsız qalmış ermənilərdən də danışıb.

"Ermənistandan Xankəndiyə gedən qaz boru kəmərində martın 7-də partlayış olub. Azərbaycanlılar müxtəlif bəhanələrlə təmir işləri aparmağımıza mane olsalar da, sonucda borunu təmir edə bildik. Məndə olan məlumata görə, boruya ventil qoyulub. Martın 18-də boru ilə qaz nəqliyyatı bərpa olundu, amma martın 21-də dayandırıldı", - Paşinyan deyib.

Onun sözlərinə görə, həddən artıq soyuq hava şəraitində Qarabağdakı ermənilər qazsız qalıblar: "Azərbaycan tərəfi qarabağlı ermənilərin təbii qaz təminatında bilərəkdən problemlər yaradır, etnik təmizləmə siyasəti yürüdür"


Etiketlər:  Paşinyan erməni arzusunu bəsləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ