Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə İbrahimoviçə heykəl qoyulacaq

İsveçdə İbrahimoviçə heykəl qoyulacaq

Tarix: 10 Sentyabr 2019 16:20

Bakı. Trend:

"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq.

Trend-in məlumatına görə, heykəli İsveç Futbol Assosiasiyası sifariş edib.

Bürüncdən olan abidə futbolçunun doğma şəhəri olan Malmödə ucaldılacaq. Heykəlin hündürlüyü 2.7 metr və çəkisi 500 kq olacaq.

Abidənin İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda qoyulacağı bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsveçdə İbrahimoviçə heykəl qoyulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ