Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nəticə üçün təcrübəli futbolçular da lazımdır” - Canni de Byazi

“Nəticə üçün təcrübəli futbolçular da lazımdır” - Canni de Byazi

Tarix: 24 Mart 2022 21:54

"Mən ilk gündən demişəm millinin qapısı hamının üzünə açıqdır. İyunda keçirəcəyimiz Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışırıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis sabah Maltaya qarşı keçiriləcək yoldaşlıq oyununa həsr olunan mətbuat konfransında qarşılaşma barədə fikirlərini açıqlayıb: "Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq. Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddini dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var. Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".

Qeyd edək ki, Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Nəticə üçün təcrübəli futbolçular da lazımdır Canni de Byazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ