Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yas mərasimlərində israfçılıq var - "Mərasimlər sanki rəqabət meydanını xatırladır" - VİDEO

Yas mərasimlərində israfçılıq var -

Tarix: 25 Mart 2022 11:38

Azərbaycanda yas mərasimlərində hələ də israfçılığa yol verilir. Mərasimlərdə bir neçə adda yeməklər, meyvə-tərəvəzlər və şirniyyat məhsulları süfrələrə düzülür. Beləliklə, yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, mərasim evlərində keçirilən bu cür məclislərə gələn qonaqlara təqdim olunan yemək və digər qidalar təmtərağı ilə seçilir. Yaxını rəhmətə gedən şəxs "qonşudan geri qalma" psrinsipini əlində rəhbər tutub israfçılığa yol verir.

Bakıda fəaliyyət göstərən mərasim evlərindən birinin sahibi Ruslan İsmiyevin sözlərinə görə, ölkədə yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağanın götürülməsindən sonra mərasim evlərinə təlabat artıb. Gələn müştərilərə təmtərağı ilə seçilməyən siyahı təqdim edilsə də, vəfat edən şəxslərin yaxını məclisdə müxtəlif yeməklərin verilməsini istəyirlər.

Əksər hallarda yas mərasimlərində masa üzərində meyvə-tərəvəz, müxtəlif şirniyyatlar və digər qidalar da görmək mümkündür. Bir sözlə, israfçılığı ilə seçilən bu məclislər yaxını vəfat edən şəxsə də bir növ ziyan vurur. Bəs İslam dininə görə yas mərasimləri nə ilə fərqlənməlidir?

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, ölkəmizdə keçirilən yas mərasimləri sanki rəqabət meydanını xatırladır.

Ona görə də həmin mərasimlərdə iştirak edən din xadimləri çıxışlarında birinci növbədə vətəndaşlara bu cür israfçılığa yol verməmələri ilə bağlı marifləndirici məlumatlar verməlidirlər. 

İlahiyyatçı bildirir ki, yaşadığımız dünyada saymaqla bitməyən xeyir əməllər var. Tövsiyə edir ki, bundan sonra verilən ehsanlar israfçılıqdan ibarət yemək süfrəsi ilə yox, xeyir əməllərlə yekunlaşsın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Yas mərasimlərində israfçılıq var Mərasimlər sanki rəqabət meydanını xatırladır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ