Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Ukraynaya vurduğu zərərin həcmi açıqlandı

Rusiyanın Ukraynaya vurduğu zərərin həcmi açıqlandı

Tarix: 26 Mart 2022 07:26

Martın 24-nə olan məlumata görə, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməliyyat Ukraynanın infrastrukturuna 62 milyard 889 milyon dollar həcmində zərər vurub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hesabatı Kiyev İqtisadiyyat Məktəbinin analitika şöbəsi hazırlayıb.

Bildirilir ki, bu rəqəm ötən həftə 3,5 milyard dollar idi.

Analitiklərin hesablamalarına görə, fevralın 24-dən indiyədək Rusiya ordusu tərəfindən Ukraynada 8 mindən çox yol, 260 körpü, 4 min 431 yaşayış yeri, 92 fabrik və ya müəssisə, 378 təhsil müəssisəsi, 138 səhiyyə ocağı, 2 liman, 8 mülki və 10 hərbi hava limanı, içərisində atom elektrik satansiyası da olmaqla 8 elektrik stansiyasına zərər vurulub və yaxud dağıdılıb.


Etiketlər:  Rusiyanın Ukraynaya vurduğu zərərin həcmi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ