Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusu əks-hücuma keçdi: rusiyalılar mühasirəyə düşə bilər

Ukrayna ordusu əks-hücuma keçdi: rusiyalılar mühasirəyə düşə bilər

Tarix: 26 Mart 2022 08:32

Rusiya qoşunlarının işğal etdikləri və "müvəqqəti icra hakimiyyəti" qurduqları Xerson şəhəri uğrunda yenidən döyüşlər başlayıb.

Ukrayna ordusu əks-hücuma keçərək rusiyalıları Xersondan çıxarmağa, şəhəri azad etməyə çalışır.

Sonxeber.net The New York Times-a istinadən bildirir ki, şəhərdə küçə döyüşləri gedir. Rusiyalı hərbçilər mövqelərini ataraq geri çəkilməyə başlayıblar.

Ukraynanın Silahlı Qüvvələri Xersonda uğura nail olsalar, bu, Rusiyanın Ukraynadakı qoşunları üçün çox ciddi problemlər yaradacaq.

Ən başlıcası isə qonşuluqdakı Nikolayev şəhərini ələ keçirmək istəyən rusiyalı qoşun birləşmələri mühasirəyə düşə bilər.


Etiketlər:  Ukrayna ordusu əks hücuma keçdi rusiyalılar mühasirəyə düşə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ