Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 08:33
Çexiya Ukraynaya sülhməramlı missiya göndərmək təklifini dəstəkləyir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu bəyanatla Çexiyanın xarici işlər naziri Yan Lipavski çıxış edib.
Çexiyalı nazir, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.
Lipavski bildirib ki, sülhməramlı qüvvələr sülhü təmin etmək və hərbi əməliyyatlar aparmaq üçün göndərilmir.
Nazir qeyd edib ki, əsas məsələ Ukraynaya dəstək və Rusiyaya qarşı maksimum məhdudlaşdırıcı tədbirlərin görülməsidir.