Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda avtomobil sexindən 15 min manatlıq oğurluq edilib

Göyçayda avtomobil sexindən 15 min manatlıq oğurluq edilib

Tarix: 26 Mart 2022 16:22

Göyçayda avtomobil sexindən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində "Volvo" markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, "Zoomlion" markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Etiketlər:  Göyçayda avtomobil sexindən manatlıq oğurluq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ