Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 19:27
Şərqdə razyana qədim zamanlardan müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur. Razyanadan hazırlanmış müalicəvi çay müxtəlif faydalı xüsusiyyətlərə malikdir:
- həzm proseslərini yaxşılaşdırır, köpü azaldı
- iştahanı artırır
- nəfəs yollarını selikdən və mikroblardan təmizləyir
- menstruasiya zamanı ağrıları azaldır
- ana südünün ifrazını artırır
- qurdqovucu təsirə malikdir
- sakitləşdirir, yuxunu tənzimləyir
- kişilərdə potensiyanı artırır.
Razyana çayının hazırlaması:
- 1 x.q. razyana toxumları termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, yaxşı süzülür və gündə 2 dəfə 1/2 stəkan olmaqla içilir.