Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 22:10
İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.
Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla, hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.