Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 11:38
Tovuzçay çayının rayonun Bozalqanlı kəndi ərazisindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür. Çayin sahili zibilliyə çevrilib.
Dünyasını dəyişmiş insanın yataq dəsti, heyvan leşləri, məişət tullantıları, sınmış şüşə, plastik qablar, tikinti materialları qalıqları və başqa tullantılar axar çaya atılır.
Hazırda Tovuzçayın sahili zibil poliqonunu xatırladır.
Yaxınlıqda yaşayanların sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki davam edir.
Bozalqanlı kənd inzibati ərazi dairəsinin nümayəndəsi Azər Hacıyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, əraziyə zibil tökülməsindən xəbərsizdir. O vəd edib ki, iş günü başlayanda sözügedən əraziyə baxış keçiriləcək və aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: