Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 15:02
Bakıda çox sayda avtomobilin istifadə etdiyi yolun müxtəlif hissələrində süni maneələr quraşdırılıb. Nəticədə bu yoldan istifadə edən sürücülər problem yaşayırlar.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindən Şuşa şəhərciyi istiqamətinə gedən hissədə naməlum şəxslərin yolun hərəkət hissəsinə süni maneələr quraşdırıblar. Məhz bu səbəbdən sürücülər yoldan istifadə etməkdə çətinlik çəkirlər.
Ərazidə çəkiliş apardığımız zaman yolun hərəkət hissəsinin bir yerində yox, bir neçə yerində süni maneələrin olduğunun şahidi olduq.
Yaxınlıqda yaşayan sakinlər isə bu yolda süni maneələrin quraşdırılmasının əleyhinə deyillər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər''ə bildirib ki, yollarda bu cür manelərin qurulması qanunda inzibati xəta tərkibli hal sayılır və buna görə də cərimələr nəzərədə tutulur.
Araz Əsgərli onu da deyib ki, həmin əraziyə baxış keçiriləcək və problem həll ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: