Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yıldız Tilbenin cəzalandırılmasını istəyirlər

Yıldız Tilbenin cəzalandırılmasını istəyirlər

Tarix: 28 Mart 2022 16:45

Türkiyə heyvanları qoruma cəmiyyəti Yıldız Tilbe ilə bağlı şikayət edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən şikayət ərizəsində ifaçının küçə itlərinə qarşı yazdığı statusla bağlı şikayət qeyd olunub. 

Yıldızın "Küçə itlərinə o ərazidə yaşayanlar zəhərli ət versin və hamısını öldürsün, insan parçalamaq nə deməkdir" yazdığı sözlər onları bu şikayətə məcbur edib. Ərizədə Tilbenin ona ünvanlanan tənqidlərdən sonra paylaşımını sildiyi vurğulanıb.

Müğənninin daha sonra sosial şəbəkədə canlı yayıma girərək, insanları küçə heyvanlarını öldürməyə çağırması bildirilib. İfaçının buna görə cəzalandırılması tələb edilir.


Etiketlər:  Yıldız Tilbenin cəzalandırılmasını istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ