Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 19:32
Xaçmazın Ağaşirinoba kəndindən keçən yeni yol sakinləri çətinliyə salıb.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, yaşayış sahələri ilə pay torpaqları arasında tikilən yol torpaq sahibləri üçün böyük bir maneəyə çevrilib.
Kəndin yaxınlığından dövlət əhəmiyyətli magistral yol keçir. Yol sakinlərin təsərrüfat sahələrinə getməsinə mane olur. Yolda keçid üçün tunel də tikilib. Lakin bu tünel texnikaların hərəkəti üçün yaramır.
Sakinlər bildirirlər ki, yeni çəkilmiş yola görə onlara kompensasiya ödənilib. Ancaq sahələrə gediş-gəliş üçün nəqliyyat yolu salınmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə tikinti zamanı hər hansı bir ərazidə problemlər yaşanırsa, vətəndaşların agentliyə rəsmi şəkildə müraciət etməli olduqlarını deyib. O əlavə edib ki, yalnız bu halda həlli mümkün olan məsələlərlə bağlı podratçı şirkətlərə tapşırıqlar verilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: