Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 08:18
Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.
Bakı vaxtı ilə eyni saatda - 22:45-də start götürəcək həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edəcək.
Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Valeri Karpinin rəhbərlik etdiyi kollektivə Ukraynadakı müharibəyə görə texniki məğlubiyyət verildiyindən polşalılar birbaşa finala vəsiqə qazanıblar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlib.
DÇ-2022, pley-off mərhələsi
Final
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya
Portu, "Draqau" stadionu.
22:45. Polşa - İsveç
Xojuv, "Şlyonski" stadionu
Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.