Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb

Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb

Tarix: 29 Mart 2022 08:54

ABŞ-da Delaver ştatının Prokurorluğu mümkün vergi pozuntularına görə ABŞ prezidenti Co Baydenin oğlu Hanterin gəlir mənbələri, o cümlədən Ukraynadakı işi ilə bağlı ilkin araşdırma aparır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, prokurorluq nümayəndələri son həftələrdə Hanter Baydenin keçmiş tərəfdaşlarına fəal surətdə sorğular göndərirlər. Söhbət, xüsusən, ABŞ prezidentinin oğlunun 2010-cu illərin ortalarında Ukraynanın "Burisma Holdings" enerji şirkətindən aldığı pullardan, eləcə də bu vəsaitlərin istiqraz paketlərinin alınmasına sərf edilməsindən gedir.

Xatırladaq ki, 2014-2015-ci illərdə Hanter Bayden "Burisma"nın direktorlar şurasında olub, vasitəçilik, konsaltinq və lobbiçilik xidmətləri üçün ayda təxminən 50 000 ABŞ dolları alıb.

İstintaq hələ ki, ilkin mərhələdədir. Toplanmış sübutlar, əgər təminat olarsa, ittihamların irəli sürülməsinin mümkün olub-olmamasına qərar verən federal böyük münsiflər heyətinə təqdim edilə bilər. Lakin hazırda belə bir ehtimal hipotetik olaraq qalır, qəzet bu istiqamətdə konkret planlar barədə məlumat vermir.


Etiketlər:  Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ