Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynişan Quliyevanın bu görüntüləri başına bəla oldu - FOTO

Aynişan Quliyevanın bu görüntüləri başına bəla oldu - FOTO

Tarix: 29 Mart 2022 17:40

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın başına iş gəlib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, blogerin Birləşmiş Ərəb Əmirliklərində Safariyə səyahəti zamanı lentə alınan fotoları türkiyəli aktrisa Hande Erçelin görüntüləri kimi təqdim edilib.

Yutub sosial platformasına yerləşdirilən görüntüdə Aynişanın fotolarından video hazırlanıb. Türk dilində səsləndirilən videoya "Hande Erçelin Dubai fotoları her kesi hayran bıraktı" başlığı əlavə edilib.

Quliyevanın başına gələn bu hadisə onun sosial şəbəkə izləyiciləri tərəfindən aşkara çıxarılıb. 

Milli.Az


Etiketlər:  Aynişan Quliyevanın görüntüləri başına bəla oldu FOTO


RƏYLƏR