Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toya hazırlaşan tibb bacısı özünü iş yerində üçüncü mərtəbədən atdı

Toya hazırlaşan tibb bacısı özünü iş yerində üçüncü mərtəbədən atdı

Tarix: 29 Mart 2022 23:52

Gəncədə intihara cəhd olub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Gəncədə yerləşən Abbas Səhhət adına şəhər xəstəxanasının II Terapiya şöbəsində baş verib.

Məlumata görə, şöbədə işləyən 21 yaşlı tibb bacısı G.M özünü üçüncü mərtəbədən atıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

İntihara cəhdin dəqiq səbəbi bilinməsə də 21 yaşlı qızın ailə münaqişəsi səbəbindən bu addımı atdığı bildirilir. Qeyd olunub ki, aprel ayında gənc qızın toyu olacaq.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Toya hazırlaşan tibb bacısı özünü yerində üçüncü mərtəbədən atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ