Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki məşhur aktyor arasında gərginlik - ''Hər şey yalandır''

İki məşhur aktyor arasında gərginlik - ''Hər şey yalandır''

Tarix: 30 Mart 2022 03:24

"Yeşilçam" ulduzu Cüneyt Arkının dərc etdiyi "Benim kahramanım türk halkıdır" kitabında mərhum aktyor Kemal Sunalla bağlı xatirələrinə də yer verib. Həmin kitabda Kemalın arabesk ifaçılardan birini bəyənmədiyi əks olunub. Sözü gedən ifaçının Orxan Gəncəbay olduğu iddia edilib. Bundan sonra məsələyə münasibət bildirən ifaçı Arkının bu mövqeyinə əsəbiləşib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, O.Gəncəbay Türkiyənin "2. sayfa" proqramına telefonla bağlanaraq C.Arkının yazdıqlarını yalan adlandırıb:

"Cüneyt Arkının yazdığı hər şey yalandır. Kitabı oxumağa belə lüzum görmürrəm. Cüneyt Arkına təəccüblənirəm. Ona nə etmişəm ki, mənim haqqımda belə iyrənc münasibət göstərib, haqqımda yalan danışır? Filmlərini sevərək izlədiyim mərhum Kamal Sunal ilə heç vaxt yan-yana belə gələ bilməmişəm, təəssüf ki. 

Mahnılarımı da başqalarından almamışam. Məni buralara türk xalqı gətirib".

İfaçının həyat yoldaşı Sevim Emre isə məsələ ilə bağlı vəkillə müraciət edəcəklərini və kitabı Orxan Gəncəbayın adından istifadə edərək reklam etmələrinə imkan verməyəcəklərini vurğulayıb.


Etiketlər:  İki məşhur aktyor arasında gərginlik Hər şey yalandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ