Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ətin qiymətində artım gözlənilir? - VİDEO

Azərbaycanda ətin qiymətində artım gözlənilir? - VİDEO

Tarix: 30 Mart 2022 18:08

Dünya ölkələrində qida məhsulları bahalaşmaqda davam edir. Türkiyədə ətin qiymətiartıq 48 faiz artıb. Buna da əsas səbəb kimi yem məhsullarının bahalaşması göstərilir. Elə ölkəmizə də xaricdən gətirilən heyvan yemlərinin bir qisminin qiymətləri artıb. Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva  xəbər ertəsinə bildirib ki, dünya bazarında gedən proseslərin təsirləri Azərbaycandan da yan keçməyib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Səadət Hacıyeva  sözlərinə görə, buğda, arpa, qarğıdalı kimi dənli bitkilər ölkəmizə yalnız ərzaq təyinatı ilə gətirilir. İdxal edilən əsas yem məhsulları soya və günəbaxandan hazırlanan yemlərdi.

İqtisadçı ekspert Rəşad Həsənov ölkəmizdə də ətin qiymətinin  arta biləcəyi qənaətindədir.

Ekspert deyir ki, Rusiyadan Azərbaycana əhəmiyyətli dərəcədə ət idxal edilir ki, burada da əlavə dəyər vergisi ödənilmir. Buna görə də bahalaşma qismən şimal qonşumuzdan alınan ətin həcmindən də asılıdır.


Etiketlər:  Azərbaycanda ətin qiymətində artım gözlənilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ