Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi yardım çantasında saxlanılmalı ləvazimatlar

Tibbi yardım çantasında saxlanılmalı ləvazimatlar

Tarix: 30 Mart 2022 23:22

Həyatda heç kəs başına gələcək hadisələrdən sığortalı deyil, hər an səhhətində narahatlıq hiss edə, qəfildən hərarəti yüksələ, təzyiqi enə və ya qalxa bilər. Belə olanda özünü itirmədən ilk yardım göstərmək lazımdır. Bunun üçün əl altında mütləq tibbi yardım çantasının olması vacibdir.

Sonxeber.net bildirir ki, çantanın içərisində vacib olan ləvazimatlar barədə məlumat verən həkim-terapevt Nərgiz Kərimova deyib: "Çantada ilk növbədə steril və elastik bint, pambıq, jqut və plastrlar olmalıdır. Bundan başqa yanıq və yaralara ilkin tibbi yardım göstərmək üçün pantenol, 3 faizli perekis və dezinfeksiya üçün spirt məhlullarının olması da vacibdir. Çantada qripə qarşı dərmanların və burun damcıların da olması tövsiyə edilir".

Həkim-terapevtin dediyinə görə, ilk yardım çantası evdə əlçatan yerdə saxlanılmalıdır: "Lakin ilkin tibbi yardım çantası uşaqlardan mümkün qədər uzaq yerdə saxlanılmalı, onlar üçün əlçatan olmamalıdır. Çantanın quru və günəş işığı düşməyən yerdə olması da əsas şərtlərdən biridir. Həmçinin onun içərisində istifadə müddəti daha uzunmüddətli olan preparatlar yığılmalı və üç aydan bir həmin dərmanları yoxlamaq, nəzərdən keçirmək tövsiyə olunur".

Səyahətə gedərkən də ilk yardım çantasını özünlə götürmək məsləhətdir.


Etiketlər:  Tibbi yardım çantasında saxlanılmalı ləvazimatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ