Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 07:06
Rusiya ilə sülh müqaviləsinin imzalanması fevralın 23-dən etibarən Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərindən tamamilə çıxarılması şərtilə mümkündür.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "RBC-Ukrayna"ya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya deyib.
"Müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi məqama çatdıqda, onlar tamamilə bu əraziləri tərk etməli olacaqlar. Sonra biz onu imzalamaq, təsdiqləmək üçün masa arxasına oturacağıq. Bu təkcə bizim tələblərimiz və ya istəklərimiz deyil, həm də bu sənədin işlək olmasını təmin etmək üçün lazımi şərtlərdir", - deyə Araxamiya qeyd edib.