Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 22:36
Göz qapağının qaşınması xərçəng xəstəliyinin göz şişi adlanan nadir formasının əlaməti ola bilər.
Mütəxəssislərin fikrincə, melanoma xərçəngi hüceyrələrin anormal böyüməsi səbəbindən baş verir. Ancaq gözün bəzi hissələri bu xəstəliyə digərlərinə nisbətən daha həssasdır. İngiltərədə həkimlər 47 yaşlı qadının göz qapağının çox qaşınması halını qeydə alıblar. İki həftə sonra o, xəstəxanaya baş çəkib, burada müayinə və biopsiyadan sonra ona göz xərçəngi xəstəliyi diaqnozu qoyulub.
Tədqiqatçıların müəyyən etdiyi kimi, bədənin bu hissəsinin melanoması olduqca nadir xəstəlikdir.
Xəstəliyin digər əlamətləri arasında "işığın yanıb-sönməsi", gözlərin qarşısında dalğalı xətlər, bulanıq və ya görmə itkisi, gözdə böyüyən qaranlıq ləkə daxildir. Xəstənin göz qapağında şişkinlik ola bilər və bu yer ağrıyır.
Alimlər bildiriblər ki, əlamətlər mütləq xərçəng xəstəliyinə işarə etməsə də, müayinə üçün həkimə müraciət etmək tövsiyə olunur.