Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə başlayandan indiyədək Ukraynada 153 uşaq həlak olub

Müharibə başlayandan indiyədək Ukraynada 153 uşaq həlak olub

Tarix: 1 Aprel 2022 12:32

Ukraynada müharibə başlayandan indiyədək 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluğun Teleqram səhifəsində məlumat verilib.

"Rusiya Federasiyasının silahlı hücumu başlayandan bəri Ukraynada 400-ə yaxın uşaq əziyyət çəkib. Onlardan 153-ü həlak olub, 245-dən çoxu yaralanıb", - hesabatda deyilir.

Uşaqlardan ən çox Kiyevdə - 73, Donetskdə - 65, Xarkovda - 53, Çerniqovda - 43, Nikolayda - 30, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib. .

Bombardman və atəş nəticəsində 859 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Jitomir, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Müharibə başlayandan indiyədək Ukraynada uşaq həlak olub


RƏYLƏR