Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib

Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib

Tarix: 1 Aprel 2022 20:38

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

Milli.Az


Etiketlər:  Azərbaycan Ermənistan güləşçiləri arasında insident baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ