Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Bakıda təhlükəli vəziyyət: Sakinlər risk altındadır - VİDEO

Tarix: 2 Aprel 2022 12:18

Sabunçu rayonu, Savalan yaşayış massivinin sakinləri məişət tullantılarını ərazidən keçən qaz xəttinin üzərinə atmalı olurlar. Onlar buna səbəb kimi, ərazidə zibil qutularının olmamasını göstərirlər.

''XəzərXəbər''in çəkilişindən sonra isə aidiyyəti dövlət qurumu problemi yerindəcə həll elədi.

Ərazidən keçən qaz xəttinin ətrafı zibilliyə çevrilib. Sakinlər problemdən çıxış yolunu zibilləri yandırmaqla həll edirlər.

Bura Paytaxtın Sabunçu rayonu, Savalan yaşayış massividir. Massivdə yaşayan sakinlər məişət tullantılarını evlərinin yaxınlığında yerləşən qaz xəttinin ətrafına atırlar. Onların sözlərinə görə, əraziyə zibil atmalarına səbəb burada zibil qutularının olmamasıdır.

Sakinlər deyir ki, əraziyə zibil qutuları qoyularsa problem tamamilə həll edilə bilər. Çünki zibil qutuları olmadığından digər ərazilərdə olan sakinlər də zibillərini bura atmalı olurlar.

Problemə bağlı çəkiliş apardıqdan sonra Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları əraziyə cəlb olundular. Ərazidə olan məişət tullantılarının təmizlənməsinə başlanıldı. İdarədən bildirildi ki, yol infrastruktu imkan vermədiyindən həmin yerə zibil qutularının qoyulması mümkün deyil. Çünki zibil qutuları qoyularsa onun daşınması üçün texnika əraziyə daxil ola bilməyəcək. Ümumilikdə isə sakinləri narahat edən bu problem tamamilə həll ediləcək.

Milli.Az


Etiketlər:  Bakıda təhlükəli vəziyyət Sakinlər risk altındadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ